Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers kontraktlarında artım qeydə alınıb.
Finss.az-ın birja məlumatlarına əsasən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,48% yüksələrək 4 197,50 ABŞ dollarına çatıb.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiymətində də artım müşahidə olunub. Fyuçerslərin dəyəri 1,48% bahalaşaraq 52,41 ABŞ dolları səviyyəsinə yüksəlib.
