Finss.az - Azərbaycan Mərkəzi Bankı 25 noyabr 2025-ci il tarixinə xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.
ABŞ dolları 1,7000 manat, Avro 1,9576 manat, Rusiya rublu 100 rubl üçün 2,1644 manat, Gürcü larisi 0,6291 manat, Türk lirəsi 0,0401 manat, İngilis funt sterlinqi 2,2267 manat, Çin yuanı 0,2396 manat, Yapon yeni 100 yen üçün isə 1,0842 manat səviyyəsində müəyyən edilib.
Bank metallarından qızılın qiyməti 1 unsiya üçün 7 040,82 manat, gümüş 87,58 manat, platin 2 652,19 manat, palladium isə 2 385,31 manat təşkil edir.
Mərkəzi Bank bildirib ki, göstərilən məzənnələr üzrə valyutaların və metalların alınması və satışı öhdəliyi yoxdur.
