BİRJA

25 Noyabr

Bitcoin, Ethereum və XRP-də artım müşahidə olunub

25 noyabr 2025-ci il tarixində dünya birjasında əsas kripto aktivlər üzrə qiymətlər yüksəlişə meyl edib.

Finss.az xəbər verir ki, Bitcoin (BTC) bu gün təxminən 88 590 ABŞ dolları səviyyəsində ticarət olunub və gündəlik +1,6 % artım göstərib. Ethereum (ETH) isə təxminən 2 942 ABŞ dolları səviyyəsində qiymətlənərək +2,1 % yüksəliş nümayiş etdirib. Altkoinlərdən XRP təxminən 2,24 ABŞ dolları səviyyəsində olub və gündəlik +8 % artım göstərib.

Bazarın ümumi kapitallaşması təxminən 3,1 trilyon ABŞ dolları səviyyəsinə qalxıb.