Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,8% yüksələrək 67,04 ABŞ dollarına çatıb. Bununla yanaşı, neftin əvvəlki qiymətinin 66,51 ABŞ dolları olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, Azərbaycanın cari ilin dövlət büdcəsində “Azeri Light” neftinin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən edilib.
