BİRJA

25 Noyabr

Qızıl və gümüşün qiyməti bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyası üzrə qiymət 0,27% yüksələrək 4 181,2 ABŞ dolları təşkil edib.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərin dəyəri də 0,31% artaraq 51,313 ABŞ dollarına çatıb.