"ICE London" qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı 2025-ci ilin fevral ayı üzrə “Brent” neftinin fyuçers qiyməti 0,45% azalaraq bir barel üçün 62,44 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Finss.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2025-ci ilin yanvar ayında çatdırılmaqla ticarət olunan “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,54% azalaraq 58,6 ABŞ dolları təşkil edib.
