BİRJA

24 Noyabr

Bitcoin qiyməti təzyiq altında qalır

Finss.az xəbər verir ki, Bitcoin-ə investisiya yönəldən ABŞ birja fondları (ETF) cari ayın əvvəlindən etibarən ümumilikdə 3,5 milyard dollarlıq vəsait axını ilə diqqət çəkib. Bu dinamika kriptovalyuta bazarında institusional aktivliyin artdığını göstərir.

Bu göstərici ilə, ay üzrə rekord axına yaxınlaşılır. Qeyd edək ki, 2024-cü ilin fevralında 3,6 milyard dollarlıq kapital daxilolması ilə tarixdə ən yüksək aylıq nəticə qeydə alınmışdı. Noyabrın qalan günləri də nəzərə alınarsa, mövcud rekordun qırılacağı ehtimal olunur.

Bununla yanaşı, investorlar dünyanın ən iri Bitcoin ETF-i olan, BlackRock tərəfindən idarə edilən IBIT fondundan 2,2 milyard dollar vəsait çıxarıblar. Bu, bazarda risklərin artması və investor davranışlarında ehtiyatlı mövqenin güclənməsi ilə izah olunur.

Kriptovalyutanın qiyməti də təzyiq altında qalır. Bitcoin bazar ertəsi 2,6% ucuzlaşaraq 85.700 dollara düşüb. İlin əvvəlindən bəri isə qiymətdə təxminən 7%-lik azalma müşahidə edilir.

Ekspertlər hesab edirlər ki, ETF-lərə yönəlik yüksək həcmli kapital hərəkətləri yaxın həftələrdə Bitcoin-in qiymətində dəyişkənliyi artırmağa davam edə bilər.