Əmtəə bazarlarında qızıl və gümüş üzrə fyuçers qiymətlərində azalma müşahidə edilib.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 0,97% enərək 4 075,9 ABŞ dolları səviyyəsinə düşüb.
Gümüş üzrə dekabr fyuçerslərində də geriləmə qeydə alınıb. Belə ki, bir unsiya üçün qiymət 0,67% azalaraq 49,578 ABŞ dolları təşkil edib.
