BİRJA

21 Noyabr

Kripto və qızıl bazarında qiymət azalması müşahidə olunub

Finss.az - 21 noyabr 2025-ci il tarixində dünya birjalarında qızıl və kripto koinlərinin qiymətlərində dəyişikliklər müşahidə olunub.

24 karat qızılın bir unsiyası ABŞ dolları ilə təxminən 4 051,58 USD, 1 qramı isə 130,84 USD səviyyəsində qiymətləndirilmişdir. Qiymətdə bir əvvəlki günə nisbətən təxminən 0,62% azalma müşahidə olunub. Analitiklər bu düşüşü ABŞ dollarının güclənməsi və faiz/inflasiya gözləntiləri ilə izah edirlər.

Kripto bazarında isə Bitcoin (BTC) qiyməti təxminən 83 260 USD səviyyəsində olub. Bu, əvvəlki günlə müqayisədə ciddi azalma deməkdir və bazarda satış təzyiqlərinin artdığı görünür. Ethereum və digər əsas koinlərdə də oxşar qiymət dəyişiklikləri qeydə alınıb.