Finss.az - Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 21.11.2025-ci il tarixindən etibarən ABŞ dolları 1,7000 manat səviyyəsindədir.
Avro 1,9615 manat, İngilis funt sterlinqi 2,2254 manat, Rusiya rublu 100 rubl üçün 2,1291 manat, Türk lirəsi 0,0401 manat olaraq müəyyən edilib. Gürcü larisi 0,6290 manat, Çin yuanı 0,2390 manat, Yapon yeni isə 100 yeni üçün 1,0810 manat təşkil edir.
Bank metallarında 1 troy unsiya qızıl 6888,1365 manat, gümüş 84,5379 manat, platin 2567,6800 manat, palladium isə 2318,4600 manat səviyyəsində qiymətləndirilib.
Mərkəzi Bank vurğulayır ki, bu məzənnələr rəsmi göstəricilərdir və Bank bu qiymətlərlə valyuta alqı-satqısı öhdəliyi daşımır.
