BİRJA

21 Noyabr

Kriptovalyuta bazarında əsas aktivlərin qiyməti azalıb

21 noyabr 2025-ci il tarixində dünya birjalarında kriptovalyuta bazarında əsas aktivlərin qiymətində əhəmiyyətli azalma qeydə alınıb.

Finss.az xəbər verir ki, Bitcoin (BTC) 2,1 faiz azalaraq təxminən 85 350,75 ABŞ dollarına, Ethereum (ETH) 2 faiz enərək təxminən 2 777,39 ABŞ dollarına düşüb.

Ümumi kriptovalyuta bazar kapitalizasiyası 2,95 trilyon ABŞ dolları səviyyəsində olub ki, bu da son 24 saat ərzində təxminən 7 faiz azalmaya uyğun gəlir.