BİRJA

21 Noyabr

COMEX birjasında qızıl və gümüş fyuçerslərinin qiyməti enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətlərində eniş qeydə alınıb.

Finss.az birja məlumatlarına istinadən bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçersləri 0,33 faiz azalaraq bir unsiya üçün 4 046,49 ABŞ dolları səviyyəsində formalaşıb.

Həmçinin COMEX-də gümüşün bir unsiya üzrə dekabr fyuçerslərinin qiymətində də azalma müşahidə olunub. Məlumata görə, gümüş fyuçersləri 2,21 faiz geriləyərək 49,188 ABŞ dollarına düşüb.