BİRJA

21 Noyabr

“Brent” və “WTI” neftinin qiymətində azalma qeydə alınıb

"ICE London" qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı 2025-ci ilin yanvar ayı üzrə “Brent” markalı neftin ixrac qiymətində azalma müşahidə olunub. Müqavilənin dəyəri 0,98 faiz enərək bir barel üçün 62,76 ABŞ dolları səviyyəsinə düşüb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da oxşar dinamika qeydə alınıb. Yanvar ayı üzrə “WTI” markalı neftin bir barel qiyməti 1,12 faiz azalaraq 58,34 ABŞ dollarına enib.