BİRJA

21 Noyabr

Brent Neftində Geri Çəkilmə

Finss.az xəbər verir ki, cümə günü neft qiymətləri geosiyasi gərginliyin bir qədər azalması sayəsində düşür.

Treyderlər ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək planı ilə bağlı mediada yayılan məlumatları qiymətləndirirlər.

Londonun ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin qiyməti Moskva vaxtı ilə saat 8:20-də barel üçün 62,68 dollar təşkil edib ki, bu da əvvəlki bağlanışdan 0,7 dollar (1,1%) azdır. Cümə axşamı günü bu müqavilələr 0,13 dollar (0,2%) azalaraq barel üçün 63,38 dollara düşüb.