Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində cüzi azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 dollar və ya 0,49% azalaraq 67,67 dollar təşkil edib. Qeyd olunur ki, neftin əvvəlki ticarət qiyməti 68 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 dollar səviyyəsində götürülüb.
