BİRJA

20 Noyabr

“Brent” və “WTI” neftinin yanvar fyuçers qiymətləri artıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” neftinin 2025-ci ilin yanvar ayı üzrə fyuçers qiyməti 0,33% artıb və 1 barel üçün 63,72 ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında da qiymətlər yüksəlib. Belə ki, "WTI" markalı neftin 2025-ci ilin yanvar ayı üzrə fyuçersləri 0,35% bahalaşaraq barel başına 59,46 ABŞ dolları səviyyəsinə çatıb.