2025-ci ilin yanvar və dekabr müqavilələrinə görə Brent və WTI neftinin qiymətləri ucuzlaşıb. Brent 63,75 dollar, WTI isə 59,31 dollar səviyyəsində ticarət olunub.
Finss.az xəbər verir ki, qitələrarası ICE London birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin yanvar ayı üzrə ixrac müqaviləsinin qiyməti 1,02% azalaraq bir barel üçün 63,75 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin 2025-ci ilin dekabr ayı üzrə bir barel qiyməti də 1,07% ucuzlaşaraq 59,31 ABŞ dollarına düşüb.
