Finss.az - Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, 14.11.2025-ci il tarixindən etibarən ABŞ dolları 1,7000 manat səviyyəsində qalır.
Avro 1,9792 manat, İngilis funt sterlinqi 2,2346 manat, Rusiya rublu 100 rubl üçün 2,1079 manat, Türk lirəsi isə 0,0402 manat təşkil edib. Gürcü larisi 0,6284 manat, Çin yuanı 0,2397 manat, Yapon yeni isə 100 yeni üçün 1,1009 manat səviyyəsində müəyyənləşib.
Bank metallarında 1 troy unsiya qızıl 7145,3295 manat, gümüş 90,1731 manat, platin 2721,1135 manat, palladium isə 2462,5520 manat qiymətində müəyyənləşib.
Mərkəzi Bank bildirir ki, bu məzənnələr rəsmi göstəricilərdir və Bank bu qiymətlərlə valyuta alqı-satqısı öhdəliyi daşımır.
