Finss.az - 10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İdeal Kredit" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.11.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
BOKT "İdeal Kredit" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001019978 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
14% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
5 il |
|
Ticarətə buraxılma tarixi |
21.11.2025 |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
