BİRJA

14 Noyabr

Kriptovalyuta bazarında kəskin enişlər qeydə alınıb

14 noyabr 2025-ci il tarixində dünya birjalarında kriptovalyuta bazarı ciddi dəyişikliklər yaşayıb.

Finss.az xəbər verir ki, böyük rəqəmsal aktivlərdən bəzilərinin qiymət və faiz dəyişiklikləri aşağıdakı kimidir:

  • Bitcoin (BTC) – USD $100,000 səviyyəsinin altında sabitləşərək son 24 saat ərzində təxminən -3%dən -7%-ə qədər azalma göstərib.
  • Ethereum (ETH) – qiymətində təxminən -6% azalma müşahidə olunub.
  • Qlobal kriptovalyuta bazarının kapitalizasiyası – eyni dövrdə təxminən -3,25% azalaraq ≈ $3,33 trilyon səviyyəsinə düşüb.

Bu göstəricilər bazarda investorların ehtiyatlı davranmasına və risk aktivlərindən uzaqlaşmasına işarə edir.