BİRJA

14 Noyabr

Brent və WTI neftinin qiymətləri qlobal bazarlarda artıb

“ICE London” qitələrarası birjasında aparılan son ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin yanvar fyuçersləri üzrə qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, yanvar müqaviləsinin dəyəri +1,43 % yüksələrək 1 barel üçün 63,91 ABŞ dolları səviyyəsinə çatıb.

Eyni zamanda, Nyu-York “NYMEX” əmtəə birjasında dekabr ayında ixrac edilmək şərti ilə “WTI” neftinin 1 barelinin qiyməti də artım nümayiş etdirib. Fyuçerslər +1,57 % bahalaşaraq 59,61 ABŞ dolları təşkil edib.

Beləliklə, hər iki əsas neft markasında artım müşahidə olunub və bazar göstəriciləri günün ticarət sessiyalarında müsbət dinamika ilə yadda qalıb.