BİRJA

14 Noyabr

Avropa bazarlarında cümə axşamı satış təzyiqi

Finss.az xəbər verir ki, Qərbi Avropa fond indeksləri cümə axşamı günü əvvəlki üç sessiyada müşahidə olunan yüksəlişdən sonra aşağı düşüb.

Stoxx Europe 600 indeksi 0,61% azalaraq 580,67 bala, Böyük Britaniyanın FTSE 100 indeksi 1,05%, Almaniyanın DAX indeksi 1,39%, Fransanın CAC 40 indeksi 0,11%, İtaliyanın FTSE MIB indeksi 0,08%İspaniyanın IBEX 35 indeksi 0,23% itki ilə bağlanıb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı ilkin məlumatlara görə, ölkənin 2025-ci ilin üçüncü rübündə ÜDM artımı gözləniləndən zəif olub. ÜDM əvvəlki üç ayla müqayisədə yalnız 0,1% artıb, konsensus proqnozu isə 0,2% idi. İkinci rübdə isə artım 0,3% təşkil etmişdi. Deutsche Bank-ın Böyük Britaniya üzrə baş iqtisadçısı Sanjay Raja bildirib ki, “2025-ci ilin yayı bir qədər məyusedici olub”.