BİRJA

13 Noyabr

İnvestisiya şirkətlərinin əməliyyatlarının sayınındinamikasına görə RENKİNQİ- YANVAR-OKTYABR/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayının dinamikasına dair hesabatını açıqlayıb.

Finss.az BFB-nin məlumatlarına əsasən xəbər verir ki, hesabat dövründə əməliyyat aktivliyində ən böyük artım “Troni İnvestisiya Şirkəti” QSC-də müşahidə olunub.

Belə ki, şirkətin əməliyyatlarının sayı 2024-cü ildəki 33 əməliyyatdan 2025-ci ildə 5601 əməliyyata yüksəlib. Bu isə 169,7 dəfəlik artım deməkdir və bazarda ən yüksək dinamika göstəricisidir.

Əməliyyat sayının dinamikasına görə müqayisəli renkinq (Yanvar–Oktyabr 2025)

Şirkət 2025 əməliyyat sayı 2024 əməliyyat sayı Fərq Dinamika
1 Troni İnvestisiya Şirkəti QSC 5 601 33 +5 568 ▲ 169,7 dəfə
2 Capital Partners İnvestisiya Şirkəti QSC 1 490 407 +1 083 ▲ 3,78 dəfə
3 Xalq Kapital İnvestisiya Şirkəti QSC 182 97 +85 ▲ +87,6%
4 PAŞA Kapital İnvestisiya Şirkəti QSC 7 268 6 115 +1 153 ▲ +18,9%
5 Assist Finance İnvestisiya Şirkəti ASC 1 500 1 558 -58 ▼ -3,7%
6 Unicapital İnvestisiya Şirkəti ASC 6 313 7 270 -957 ▼ -13,2%
7 CPM-İnvest İnvestisiya Şirkəti QSC 2 621 3 283 -662 ▼ -20,2%
8 İnno Kapital İnvestisiya Şirkəti ASC 1 036 1 359 -323 ▼ -23,8%
9 İnvest-Az İnvestisiya Şirkəti QSC 1 489 3 346 -1 857 ▼ -2,3 dəfə
10 ABB İnvest İnvestisiya Şirkəti QSC 21 809 103 833 -82 024 ▼ -4,8 dəfə
11 MFX Trading İnvestisiya Şirkəti 68 329 -261 ▼ -4,8 dəfə
12 CFI Financial İnvestisiya Şirkəti QSC 89 1 851 -1 762 ▼ -20,8 dəfə
13 ASC “Xalq” Bankı 53 0

BFB-nin açıqladığı göstəricilər 2025-ci ilin ilk on ayında əməliyyat aktivliyinin strukturunda mühüm dəyişikliklər baş verdiyini göstərir.

Ən diqqətçəkən artım “Troni İnvestisiya Şirkəti”“Capital Partners” şirkətlərində olub. Bu şirkətlər 2024-cü illə müqayisədə əməliyyat sayını müvafiq olaraq 170 və 3,8 dəfə artırıblar.

Bazarın ənənəvi liderlərindən olan “PAŞA Kapital” isə əməliyyat sayını 18,9 faiz artıraraq 7 268-ə çatdırıb və ümumi aktivlik baxımından bazar liderləri sırasındakı mövqeyini qoruyub.

Digər tərəfdən, “ABB İnvest”, “Unicapital”, “CPM-İnvest” və “Assist Finance” şirkətlərində əməliyyatların azalması müşahidə olunub. Xüsusilə “ABB İnvest”də göstərici 4,8 dəfə azalıb – 103,8 min əməliyyatdan 21,8 minə geriləyib.

Ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə əməliyyat sayının dinamikası üzrə liderlik “Troni İnvestisiya”da, əməliyyat həcmi üzrə isə “PAŞA Kapital”da cəmləşib. BFB-nin məlumatları göstərir ki, bazarda bir sıra yeni oyunçuların aktivliyi artarkən, bəzi iri şirkətlərdə əməliyyat həcmi azalsa da, ümumi ticarət dövriyyəsi sabit qalıb.

Fuad Mədətov
Finss.az