Azərbaycan Mərkəzi Bankı 30 oktyabr 2025-ci il tarixindən etibarən bəzi xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.
Finss.az xəbər verir ki, rəsmi məzənnələr belə müəyyən olunub: 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 1,9777 manat, 100 Rusiya rubllu 2,1258 manat, 1 Gürcü larisi 0,6271 manat, 1 Türk lirəsi 0,0405 manat, 1 İngilis funt sterlinqi 2,2471 manat, 1 Çin yuanı 0,2395 manat, 100 Yapon yeni 1,1132 manat.
Bank metallarının qiymətləri isə aşağıdakı kimidir: 1 troy unsiya qızıl 6755,6045 manat, 1 troy unsiya gümüş 81,2325 manat, 1 troy unsiya platin 2729,0270 manat, 1 troy unsiya palladium 2427,8550 manat.
Mərkəzi Bank vurğulayır ki, açıqlanan məzənnələr yalnız məlumat xarakteri daşıyır və həmin qiymətlərlə alqı-satqı öhdəliyi mövcud deyil.
