2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2,741 milyard manat dəyərində xidmət göstərilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,7% artıb.
Bu sahədə göstərilmiş xidmətlərin 72,6%-i əhali tərəfindən istifadə olunub. Xidmətlərdən əldə edilən gəlirin 34%-i, yəni 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Fuad Mədətov
Finss.az
