19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
BFB-dən Finss.az-a verilən məlumata görə, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Regional" BOKT MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2004023407 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli Hərrac |
İstiqrazların sayı |
10,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
İllik gəlirlilik faizi |
16% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
Tədavül müddəti |
2 il |
Ticarətə buraxılma tarixi |
24.10.2025 |
Anderrayter |
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC |
Fuad Mədətov
Finss.az