BİRJA

17 Oktyabr

Qızıl bahalaşıb, Bitcoin və Ethereum isə ucuzlaşıb

Finss.az - 17 oktyabr 2025-ci il tarixində qızıl və kriptovalyutaların qiymətlərində əhəmiyyətli dəyişikliklər müşahidə olunub.

Spot qızıl ABŞ bazarında unsiya üzrə 4,361.80 dollar, dekabr ayı üçün qızıl fyuçersləri isə 4,385.80 dollar səviyyəsində ticarət olunub. Bu, əvvəlki günə nisbətən müvafiq olaraq 3.64% və 2.47% artım deməkdir. Analitiklər bildirirlər ki, qiymət artımı ABŞ-Çin ticarət gərginliyifaiz dərəcələrinin azalacağı gözləntiləri ilə bağlıdır.

Kriptovalyuta bazarında isə satış təzyiqləri üstünlük təşkil edir. Bitcoin gün ərzində 109,000 dollar, yəni əvvəlki günə nisbətən 5.6% azalma, Ethereum isə 3,740.61 dollar, yəni 7.17% düşüşlə ticarət olunub.