Finss.az - 15 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"GL" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2037020289 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı |
2,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
Tədavül müddəti |
7 il |
Ticarətə buraxılma tarixi |
22.10.2025 |
Anderrayter |
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC |