BİRJA

16 Oktyabr

Dünya bazarında təbii qazın qiyməti cüzi artıb

15 oktyabr 2025-ci il tarixində dünya birjalarında təbii qazın qiymətində qismən artım qeydə alınıb.

Finss.az xəbər verir ki, ABŞ-ın Henry Hub birjasında təbii qazın noyabr fyuçersləri 1 milyon britaniya istilik vahidi (MMBtu) üçün 3,03 ABŞ dolları səviyyəsində ticarət olunub. Bu göstərici əvvəlki günlə müqayisədə 0,60% artımı ifadə edir.

Bununla yanaşı, Avropa bazarlarında, xüsusilə TTF (Hollandiya) indeksində qiymətlər sabit qalıb və təbii qazın 1 meqavatt/saat üçün dəyəri 31,40 avro səviyyəsində formalaşıb.