16 oktyabr 2025-ci il tarixində dünya enerji bazarında neft brendlərinin qiymətlərində azalma müşahidə edilib.
Finss.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 62,48 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarət gününə nisbətən 1,12% azalma deməkdir.
“WTI” (West Texas Intermediate) markalı neftin qiyməti isə 58,85 ABŞ dolları səviyyəsində qeydə alınıb ki, bu da 1,26% dəyər itkisinə bərabərdir.