Finss.az - 25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2010019209 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
30,000 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
3,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti |
24 ay |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
3,000,000 manat |
Reallaşdırılmış həcm |
3,000,000 manat |
Minimal qiymət |
100 (15.0000%) manat |
Maksimal qiymət |
100 (15.0000%) manat |
Kəsmə qiyməti |
100 (15.0000%) manat |
Ortaçəkili qiyməti |
100 (15.0000%) manat |
İnvestor sayı |
56 |
Sifariş sayı |
56 |
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |