10 oktyabr 2025-ci il tarixində dünya birjalarında təbii qazın qiymətində artım müşahidə olunub. Qiymət artımına əsas səbəb kimi Avropada temperaturun enməsi və qış mövsümünə hazırlıq fonunda enerji tələbinin artması göstərilir.
Finss.az xəbər verir ki, təbii qazın bir milyon britaniya istilik vahidi (MMBtu) üzrə qiyməti 3,42 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu isə əvvəlki günlə müqayisədə +1,18% artım deməkdir.