BİRJA

22 Sentyabr

İpoteka və Kredit Zəmanət Fondu ipoteka istiqrazları üzrə növbəti ödənişi gerçəkləşdirib

Finss.az - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2054008688 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

Müvafiq dövr üzrə 3.00%-lik faiz gəliri istiqrazın baza qiyməti olan 743.3500 manat məbləği əsasında hesablanacaq.

Eyni zamanda, Bakı Fond Birjasında (BFB) AZ2054008688 İSİN-li istiqrazlarla ticarət aparılarkən, istiqrazın baza qiyməti 743.3500 manat olaraq qəbul ediləcək.