Finss.az - 15 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| 
			 Qiymətli kağızın ISIN kodu  | 
			
			 AZ2107008685  | 
		
| 
			 Emissiya həcmi  | 
			
			 50,000,000 manat  | 
		
| 
			 Nominal qiyməti  | 
			
			 1,000.00 manat  | 
		
| 
			 Hərrac qiyməti  | 
			
			 1,000.00 manat  | 
		
| 
			 İstiqrazların tədavül müddəti  | 
			
			 7200 gün  | 
		
| 
			 Faiz dərəcəsi  | 
			
			 3.25%  | 
		
| 
			 Faiz gəlirinin ödəniş müddəti  | 
			
			 180 gündən bir (6 aydan bir)  | 
		
| 
			 Anderrayter  | 
			
			 “İnvest-Az İ.Ş” QSC  | 
		
