BİRJA

11 Sentyabr

Mərkəzi Bankın notları və “BİRKART BOKT” istiqrazları BFB-də ticarətə buraxıldı

Finss.az - Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən iki dövlət notu hərracı keçirilmişdir.

84 günlük notlar:
11 sentyabr tarixində keçirilmiş hərracda AZ2509024702 dövlət qeydiyyat nömrəli 84 gün müddətli notlar üzrə emissiya həcmi 5 milyon manat təşkil edib. Notların nominal qiyməti 100,000 manat, kəsmə qiyməti isə 98,390.66 manat (illik 7.01%) səviyyəsində müəyyən olunub. Hərraca 6 investor qatılıb, sifarişlərin ümumi həcmi 12 milyon manat olub. Notların ödəniş tarixi 4 dekabr 2025-ci il kimi müəyyən edilib.

252 günlük notlar:
Eyni gündə keçirilmiş digər hərracda AZ2511024708 dövlət qeydiyyat nömrəli 252 gün müddətli notların emissiya həcmi 2,5 milyon manat olub. Notların nominal qiyməti 100,000 manat, kəsmə qiyməti 95,246.26 manat (illik 7.13%) səviyyəsində təyin edilib. Hərraca 4 investor qatılıb, sifarişlərin ümumi həcmi 5,5 milyon manat təşkil edib. Notların ödəniş tarixi 21 may 2026-cı il olaraq müəyyən olunub.

“BİRKART BOKT” MMC istiqrazları ticarətə buraxılıb
Bakı Fond Birjasında “BİRKART BOKT” MMC-nin AZ2001027732 dövlət qeydiyyat nömrəli istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub.

İstiqrazların buraxılış həcmi 2 milyon manat, sayı 20,000 ədəd, illik gəlirlilik faizi isə 11.5% təşkil edir. İstiqrazların ödəniş periodu hər 30 təqvim günündən sonra, növbəti 3 iş günündən gec olmayaraq həyata keçiriləcək. Hərraca 62 investor qatılıb və sifarişlərin ümumi həcmi reallaşdırılmış həcmə bərabər olub. İstiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib, anderrayteri isə “PAŞA Kapital İ.Ş” QSC-dir.