BİRJA

10 Sentyabr

Bakı Fond Birjasında 1080 günlük Dövlət Ortamüddətli İstiqrazlar üzrə hərrac keçirilib

Finss.az - Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin Kuponlu, 1080 günlük Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac baş tutub.

Hərracda buraxılış həcmi 20 milyon manat, istiqrazların nominal dəyəri isə 100 manat təşkil edib. Kuponlu istiqrazların tədavül müddəti 1080 gündür.

Qiymətlər belə müəyyən olunub:

  • Minimal qiymət: 92,5067 manat (11%)
  • Maksimal qiymət: 101,8558 manat (7,3%)
  • Kəsmə qiyməti: 100,7901 manat (7,7%)
  • Ortaçəkili qiymət: 101,2674 manat (7,52%)

Hərrac nəticəsində reallaşdırılmış həcmi 9,874,800 manat təşkil edib. Sifarişlərin ümumi həcmi nominal qiymətlə 140,864,100 manat olub. Hərraca 26 investor qatılıb və ümumilikdə 62 sifariş daxil edilib. Ödəmə tarixi 9 sentyabr 2028-ci il olaraq müəyyənləşdirilib.

Hərracın anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC olub.

Ekspertlər bildirir ki, orta müddətli dövlət istiqrazları sərmayəçilər üçün sabit gəlir təmin edən və minimal riskli investisiya imkanı yaradır.