BİRJA

04 Sentyabr

NYMEX birjasında təbii qazın qiyməti artıb

Finss.az - Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yüksəlib.

Oktyabr ayında çatdırılma şərtilə təbii qaz fyuçerslərinin qiyməti 0,1% artaraq 1 mln. BTU üçün 3,079 ABŞ dolları təşkil edib.

Qiymət artımı bazarda təklif və tələbin balansı, həmçinin enerji bazarındakı qlobal tendensiyalarla əlaqələndirilir.