BİRJA

02 Sentyabr

Bakı Fond Birjasında 50 milyon manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi başa çatıb

Finss.az - 2 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu 

İstiqrazın növü və forması

Faizli, ipoteka istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2105008687

İstiqrazın sayı

50,000 (ədəd)

Nominal qiyməti

1,000.00 manat

Buraxılış həcmi

50,000,000 manat

Hərrac qiyməti

1,000.00 manat

İllik gəlirlilik faizi

3.25%

Reallaşdırılmış həcmi

50,000,000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə)

50,000,000 manat

İnvestor sayı

2

Sifarişlərin sayı

2

Ödəmə Periodu

180 gündən bir (6 aydan bir)

İstiqrazların tədavül müddəti

(Effektiv qalıq günü)

7200 gün

Anderrayter

“İnvest-Az İ.Ş.” QSC