BİRJA

01 Sentyabr

Dünya bazarında qiymətli metalların qiyməti artdı

1 sentyabr 2025-ci il tarixində qlobal bazarda qiymətli metalların qiymətlərində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın dekabr fyuçerslərinin dəyəri 0,9% bahalaşaraq bir unsiya üçün 3 546,1 ABŞ dolları təşkil edib.

Gümüşün spot qiyməti isə 2% artaraq 40,44 ABŞ dolları/uns olub. Bundan əlavə, platin 0,8% bahalaşaraq 1 375,4 ABŞ dolları/uns, palladium isə 1,1% yüksələrək 1 121,09 ABŞ dolları/uns səviyyəsində müəyyən edilib.