Qlobal neft bazarında qiymətlərin enişi müşahidə olunur.
Finss.az xəbər verir ki, ICE London qitələrarası birjasında aparılan ticarət əməliyyatlarının nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,44% azalaraq bir barel üçün 67,18 ABŞ dolları təşkil edib.
Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında oktyabr ayında ixrac etməklə satılan "WTI" markalı neftin qiyməti 0,41% enərək barel üzrə 63,75 ABŞ dolları olub.