Finss.az - Əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,29% azalaraq 3 371.80 ABŞ dolları təşkil edib.
Gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,15% ucuzlaşaraq 38.52 ABŞ dolları olub.
Mütəxəssislər qiymətli metallar bazarındakı dəyişikliklərin ABŞ dollarının mövqeyinə və qlobal iqtisadi risk faktorlarına bağlı olduğunu bildirirlər.