6 avqust 2025-ci il tarixində dünya səhm bazarında ən çox ticarət olunan səhmlər arasında Nvidia yenidən lider mövqedə qərarlaşıb. Şirkətin səhmləri 178,26 ABŞ dolları qiymətlə təxminən 156,4 milyon ədəd satılıb.
Tesla səhmləri 308,72 dollar qiymətlə 57,9 milyon ədəd satılaraq ikinci pillədə yer alıb. Apple səhmlərinə isə 202,92 dollar qiymət qoyulub və 44,1 milyon ticarət həcmi qeydə alınıb.
Microsoft səhmləri 527,75 dollar qiymət və 19,1 milyonluq həcm ilə dördüncü sıraya yüksəlib. Amazon səhmləri 213,75 dollarla beşinci yerdə qərarlaşıb, şirkətin səhmlərinin dövriyyəsi 51,5 milyon olub.
Alphabet səhmləri 194,67 dollar dəyərində 31,6 milyon ticarət həcmi ilə altıncı yeri tutub. Meta Platforms 763,46 dollar qiymətlə 11,6 milyon ədəd satılıb və yeddinci olub.
Broadcom səhmləri 292,93 dollarla səkkizinci, Taiwan Semiconductor isə 232,47 dollarla doqquzuncu yerdə qərarlaşıb. Günü SPDR SP 500 ETF Trust tamamlayıb. Bu fondun qiyməti 627,97 dollar olub və 68 milyon səhm satılıb.
Ümumilikdə, texnologiya və yarımkeçirici sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri bazarda yüksək aktivlik nümayiş etdirib.