BİRJA

04 Avqust

Dünya bazarlarında neft ucuzlaşıb

Qlobal əmtəə bazarlarında neft cüzi ucuzlaşıb.

Finss.az xəbər verir ki, Nymex birjasında sentyabr ayı üzrə WTI markalı neftin qiyməti 0,14 dollar və ya 0,21% azalaraq bir barel üçün 67,19 ABŞ dolları təşkil edib.

Oktyabr ayı üzrə Brent (ICE) markalı neftin qiyməti isə 0,20 dollar və ya 0,29% azalaraq 69,47 ABŞ dollarına enib.