BİRJA

01 Avqust

Bitcoin və Ethereum ucuzlaşıb

Finss.az – 1 avqust 2025-ci il. Dünya kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin dəyərində ciddi eniş qeydə alınıb.

Bitcoin bu günə 3,3 faiz ucuzlaşma ilə başlayaraq 114 945 dollara qədər geriləyib. Ethereum-un qiymətində isə daha kəskin azalma müşahidə olunub – 5,9 faiz enmə nəticəsində 3 639,86 dollara ticarət olunub.

Səhər saatlarında Bitcoin 118 870 dollaradək yüksəlsə də, daha sonra bazarda eniş tendensiyası güclənib. Ethereum-un qiyməti də gün ərzində 3 869,94 dollarla maksimum səviyyəyə çatdıqdan sonra aşağı istiqamətdə korreksiya ilə üzləşib.