Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,94 ABŞ dolları və ya 1,3% azalaraq 72,70 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, əvvəlki sessiyada bu göstərici 73,64 dollar təşkil edirdi.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində "Azeri Light" neftinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində hesablanıb.