Dünya əmtəə bazarlarında neft qiymətləri az da olsa yüksəlib.
Finss.az-ın məlumatına görə, 2025-ci ilin sentyabr və oktyabr ayları üzrə fyuçers müqavilələrinə əsasən neft qiymətlərində cüzi artım qeydə alınıb.
Belə ki, WTI (Nymex) markalı neftin bir barreli 0,10 dollar və ya 0,14 faiz artaraq 69,36 dollar olub. Brent (ICE) markalı neftin qiyməti isə 0,12 dollar və ya 0,17 faiz bahalaşaraq 71,82 dollara çatıb.