İyulun 29-na olan birja məlumatlarına əsasən, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli 0,85 ABŞ dolları və ya 1,22% artaraq 70,33 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu, əvvəlki ticarət sessiyasında qeydə alınan 69,48 dollar göstəricisi ilə müqayisədə artım deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Fuad Mədətov
Finss.az