16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.
Məlumata görə, qeyd olunan səhmlərin abunə yazılışı 08.08.2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edəcək və avqustun 21-i yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi 27.08.2025-ci il tarixində keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| 
			 Emitentin adı  | 
			
			 “Legion Financial” ASC  | 
		
| 
			 Dövlət qeydiyyat nömrəsi – İSİN  | 
			
			 AZ1001025464  | 
		
| 
			 Səhmin növü və forması  | 
			
			 Adi, adlı, sənədsiz səhm  | 
		
| 
			 Ticarət üsulu / forması  | 
			
			 Kütləvi / Abunə yazılışı  | 
		
| 
			 Səhmlərin sayı  | 
			
			 5,500 (ədəd)  | 
		
| 
			 İlkin ticarət qiyməti  | 
			
			 100 manat  | 
		
| 
			 Buraxılış həcmi  | 
			
			 550,000 manat  | 
		
| 
			 Ticarətə buraxılma tarixi  | 
			
			 27.08.2025  | 
		
| 
			 Anderrayter  | 
			
			 “Unicapital İ.Ş” ASC  | 
		
