BİRJA

24 İyul

NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqust ayı üzrə təbii qaz fyuçerslərinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, fyuçerslərin dəyəri 0,46% artaraq 1 milyon BTU üçün 3,081 ABŞ dolları səviyyəsinə yüksəlib.

Qeyd edək ki, BTU (British Thermal Unit) – Britaniya istilik vahidi kimi tanınır və enerji bazarlarında əsas ölçü vahidlərindən biridir.