Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiymətində azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin dəyəri 0,2 dollar və ya 0,3% azalaraq 69,19 ABŞ dollarına düşüb.
Əvvəlki ticarət sessiyasında neftin qiyməti 69,39 dollar təşkil edirdi.
Qeyd edək ki, 2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində “Azeri Light” neftinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.